Bakı. Samir Əli - Trend:
Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri işğal etdikləri əraziləri tərk edərək qaçmaqda davam edir.
Azərbaycan Silahlı Qüvvələri düşmənin artilleriya atəş nöqtələrini məhv edib. Trend-in məlumatına görə, çoxlu itki verərək geri çəkilən düşmənin xeyli hərbi texnika və silah-sursatları qənimət kimi götürülüb.
Qənimət kimi götürülən həmin hərbi texnikaların video görüntüsünü təqdim edirik.