...

Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2020 14:33 (UTC +04:00)
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Koreya Respublikasında yaşayan Azərbaycanlı gənclərin təşəbbüsü ilə Koreyanın müxtəlif şəhərlərində Ermənin işğalına və vandalizminə qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti