...

Almaniyanın “ARD” televiziya kanalı Dağlıq Qarabağ haqqında reportaj yayımlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2020 14:14 (UTC +04:00)
Almaniyanın “ARD” televiziya kanalı Dağlıq Qarabağ haqqında reportaj yayımlayıb

Bakı. Trend:

Almaniyanın ARD televiziya kanalında Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtər barədə hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: atəşkəsin pozulmaları” sərlövhəli məqaləsi əsasında reportaj efirə verilib.

Trend-in məlumatına görə, reportajda bildirilir ki, Sovet İttifaqının dağılmasından sonra Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə birtərəfli qaydada “müstəqilliyini elan edib”. Qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmır və beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi hesab olunur.

Diqqətə çatdırılıb ki, sentyabrın 27-dən münaqişə yenidən alovlanıb. Ermənistan silahlı qüvvələri Tərtər rayonunu və ətraf kəndləri, həmçinin bir sıra digər yaşayış məntəqələrini bombalayıb. İndiyədək yüzlərlə mülki şəxs həlak olub.

Reportajda, eyni zamanda, Ermənistan tərəfindən Tərtərin raket atəşinə tutulması nəticəsində həlak olan 16 yaşlı Orxan İsmayılzadənin babası Tofiq Abbasovun müsahibəsi də tamaşaçılara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti