...

Rusiya Cənubi Qafqazda münaqişənin bitməsi üçün əlindən gələni edir - Putin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 17:33 (UTC +04:00)
Rusiya Cənubi Qafqazda münaqişənin bitməsi üçün əlindən gələni edir - Putin

Bakı. Trend:

Rusiya Dağlıq Qarabağda münaqişənin başa çatması üçün əlindən gələni edir və edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşü zamanı deyib.

O qeyd edib: "Bildiyiniz kimi, Rusiya Cənubi Qafqazda münaqişənin bitməsi, bir-birinə qarşı dayanaraq, bir-birinə avtomatın nişangahından baxan insanların həyatını qorumaq üçün əlindən gələn hər şeyi edir. Biz Ermənistan və Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, nəticə əldə etmək mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti