...

Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2020 14:46 (UTC +04:00)
Hannoverdə Azərbaycanın tarixi qələbəsi qeyd olunub

Bakı. Trend:

"Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə aksiya keçirilib və yerli ictimaiyyət məlumatlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Hannover şəhərinin mərkəzində baş tutan aksiyada soydaşlarımız alman ahıllara gül dəstələri hədiyyə edərək Azərbaycanın şanlı qələbəsi haqqında məlumat verib.

Aksiya iştirakçıları həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini yerli ictimaiyyətin diqqətinə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti