Kəlbəcər bizi gözləyir (FOTO)

Kəlbəcər bizi gözləyir (FOTO)

Bakı. Trend:

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə atəşkəsin kobud şəkildə pozulması ilə düşmənə öz layiqli cavabını verən ölkəmiz haqq savaşına başladı. Getdikcə alovlanan bu vətən müharibəsində müxtəlif qurumlar və şirkətlər ordumuza öz dəstəyini göstərməyə çalışdılar. Biz də Huner Group şirkəti olaraq öz dəstəyimizi göstərmək üçün Müdafiə Nazirliyinə rəsmi müraciət ünvanladıq. Şirkətimiz 2016-cı ilin Aprel döyüşlərində də nazirliyə eyni şəkildə müraciət etsə də, nazirlik buna ehtiyacın olmadığını bildirmişdi. Lakin bu dəfə müraciətdən 1 gün sonra nazirlikdən qəbul cavabı gəldi və şirkətimizin balansında olan 4 ədəd təcili tibbi yardım avtomobili səhiyyə heyəti ilə birlikdə cəbhə istiqamətinə, Gəncə hərbi hospitalına yola düşdük. Orada bizi Gəncə hərbi hospitalının komandiri polkovnik-leytenant Hüseyn Qaçayev və tibb xidmətinin rəisi Asəf Məmmədov qarşıladı. Heyətimizlə birlikdə 1 aya yaxın müddətdə burada 24 saat xidmət göstərdik, ön cəbhədən gətirilən yaralılara ilkin tibbi yardım etdik, onların müxtəlif xəstəxanalara daşınmasında, ağır yaralıların demək olar ki, hər gün Gəncə şəhərindən Bakı hərbi hospitallarına çatdırılmasında aktiv iştirak etdik. Bütün yaralılara xüsusi qayğı ilə yanaşan personal yorulmadan gecə-gündüz fəaliyyət göstərdi, çətin şəraitdə tibbi əməliyyatlar həyata keçirdi.

Oktyabrın 26-da bizə - Gəncə hərbi hospitalının heyətinə işğaldan azad olunmuş rayonlarımızda səhra hospitalının yaradılması ilə bağlı tapşırıq gəldi. Bu tapşırığa əsasən, hospitalın komandiri Hüseyn Qaçayevin rəhbərliyi altında böyük tibbi heyət, o cümlədən Huner Group-un təsisçisi Ehtiram Quliyevin və şəxsən mənim idarə etdiyimiz 2 ədəd təcili yardım avtomobili, səhiyyə işçilərimizlə birlikdə Qubadlı rayonunun Xanlıq kəndinə yola düşdük. Verilən tapşırığa əsasən, Gəncə hərbi hospitalının öz imkanları daxilində məntəqə tipli bina seçdik və burada səhra hospitalın yaradılmasına başlandı. Hərbi hospitalın komandiri polkovnik-leytenant Hüseyn Qaçayevin və hərbi hissənin tibb xidmətinin rəisi polkovnik-leytenant Asəf Məmmədovun yüksək təşkilatçılığı ilə hospitalda 2 əməliyyatxana, sarğı otağı, rengen və uzi aparatları ilə təchiz olunmuş müayinə otağı və 5 müalicə çadırı quruldu. Binada müxtəlif ölçülü generatorlar quraşdırılaraq tam işıq təminatı təşkil edildi. Geyim ləvazimatları, qida təminatı, gecələmək üçün münasib yerlərin müəyyən olunması və digər bu kimi ehtiyaclar yüksək səviyyədə qarşılanırdı. Burada gecə-gündüz xidmət edən heyətimiz - Roman, Samir, Rəşad, Səbuhi, Mehman və digər həkimlər, həmçinin əməliyyat tibb bacıları, səhra hospitalının fəaliyyətində yaxından iştirak edən mühafizə əməkdaşları, texniki işçilər xüsusi peşəkarlıq göstərərək Xanlıq kəndinə yaxın istiqamətdəki cəbhə xəttindən gətirilən yaralıları qarşılayır, ilkin yardım göstərir, müxtəlif tipli cərrahi əməliyyatlar həyata keçirirdi. Biz isə vəziyyəti stabilləşən yaralıları təcili yardım avtomobilləri ilə Horadiz qəsəbəsində yerləşən hospitallara daşıyırdıq.

Şuşa uğrunda döyüşlər başladıqdan sonra Gəncə hərbi hospitalının şəxsi heyətinə Şuşa şəhərində hərbi hospitalın açılması ilə bağlı yeni tapşırıq verilir. Noyabrın 8-də Şuşanın işğaldan rəsmən azad olunması ilə əlaqədar hazırlıqlar daha da sürətləndirildi. Bu zaman səhhətinin pis olmasına baxmayaraq komandirimiz Hüseyn Qaçayev bizi tək qoymadı və proseslərə birbaşa nəzarət etmək üçün heyətimizlə birlikdə Şuşa şəhərinə yollandı. 2-si Huner Group-un olmaqla ümumilikdə 3 ədəd təcili tibbi yardım avtomobili və tibb işçiləri ilə birlikdə çox çətin şərtlərlə, ordumuzun meşə ərazisindən açdığı xüsusi Böyük Tağlar-Şuşa yolu ilə 2 gün ərzində şəhərə daxil ola bildik. Münasib bina təyin etdikdən sonra Şuşa şəhərində yeni hərbi hospital yaradıldı və yaralıların qəbuluna başlanıldı. Aparıcı cərrah polkovnik Roman Çobanovun rəhbərliyi ilə Samir, Səbuhi, Elşən həkimin və Zəminə, Elnarə, Nişanə əməliyyat tibb bacılarının da iştirakı ilə 28 ildən sonra Şuşada ilk əməliyyat həyata keçirildi və heyətimiz tərəfindən minaya düşərək ağır yaralanan əsgərimizin ayağında cərrahi əməliyyat aparıldı. Bununla yanaşı biz mənfur düşmən tərəfindən dağıdılmış tarixi Şuşa məscidimizi təmizlədik, 28 ildən sonra burada ilk azan sədalarını səsləndirdik. Əsgərlərimiz və heyətimizlə birlikdə Şuşada ilk cümə namazını qıldıq. Bir neçə gün davam edən əməliyyatlardan sonra Kəlbəcərdə eyni tipli hospitalın yaradılması ilə bağlı bizə növbəti tapşırıq gəldi. Beləliklə də burada yaradılmış hərbi hospitalı digər korpusun tibbi heyətinə təhvil verərək komandirimiz Hüseyn Qaçayevin rəhbərliyi ilə Şuşanı tərk etdik, Gəncə şəhərinə qayıtdıq. Kəlbəcərdə yeni hospitalın yaradılması üçün hazırlıq işlərinə başlasaq da Ermənistanın müraciəti əsasında noyabrın 15-i təhvil verilməli olan Kəlbəcər rayonun boşaldılması ayın 25-nə qədər təxirə salındı. Hazırda tibbi heyətimiz Gəncə hərbi hospitalında və Qubadlıda yaradılan səhra hospitalında fəaliyyətini tam şəkildə davam etdirir.

44 günlük ağır döyüşlərdə, çətin şəraitdə böyük şücaət göstərərək vaxtında edilmiş müdaxilələrlə onlarla əsgərlərimizi həyata qaytaran qəhrəman komanda olaraq ordumuzun Kəlbəcər rayonunu təhvil almasını, orada eyni peşəkarlıq və fəxr hissi ilə ilk hərbi hospitalın yaradılması üçün yola düşəcəyimiz günü böyük səbrsizliklə gözləyirik. Sonda bir daha Azərbaycan ordusunun bütün şəxsi heyətinə dərin minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Nəsimi Paşayev

Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Loading Bars
Xəbər lenti
MDU-nun tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
“Məqsəd o idi ki, Azərbaycan xalqının iradəsi sınsın, amma alınmadı” - 20 Yanvar faciəsinə xarici ekspertlərin baxışı “Hədəf”də
Çin ABŞ-ın 28 vətəndaşına qarşı sanksiya tətbiq edib
Ombudsman Aparatının əməkdaşı 20 Yanvar faciəsinə həsr edilmiş videokonfransda iştirak edib
Azərbaycan 2030-cu ilədək ÜDM-ni iki dəfə artıracaq - Mikayıl Cabbarov
Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb
Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər keçirilib (FOTO)
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi
Bakıda yataqxana binasında yanğın olub
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi fəaliyyətə başladı
İtaliyanın mətbuat orqanları Qanlı Yanvar faciəsindən yazırlar
Estoniyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
İranın xarici işlər naziri Bakıya gəlir
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi - Tarixçi
Tramp Baydenin inauqurasiyasını gözləmədən Ağ Evi tərk etdi
Madridin mərkəzində güclü partlayış olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi açılıb (FOTO)
Belarus saytında 20 Yanvar faciəsinin ildönümünə dair məqalə dərc edilib
Ermənilərin qarşısını kəsdiyi çaylar: 30 min hektar ərazi su ilə təmin olunacaq - Trend TV-nin reportajı (VİDEO)
Kəlbəcər rayonunun Nadirxanlı kəndi (VİDEO/FOTO)
London sakinlərinə 20 Yanvar faciəsindən bəhs edən bukletlər paylanıb (FOTO)
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (VİDEO)
Cəllad Stepan Şaumyanın Fransada izləri - Fransa mətbuatı
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib
ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı məktub kampaniyası başlayıb
MDU və Mingəçevir Gənclər Evi birgə “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirib (FOTO)
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi barədə: Unutmadıq, unutmayacağıq!
Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb
20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq
Fransa mətbuatında 20 yanvar faciəsi haqda məqalə dərc olunub
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
Şuşada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (VİDEO)
20 yanvar hadisələri bakılıların həyatını "əvvəl" və "sonra"ya böldü - Lev Spivak
Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçirilib (FOTO/VİDEO)
Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib (VİDEO)
Bakıda güclü yanğın - Mebel və avtomobil sexləri, 1 ”Opel” yandı
20 Yanvar qırğınının baiskarları, o cümlədən Qorbaçov cəzasını almalıdır - QMİ sədri
Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Ötən il Azərbaycanın neft bitumu istehsalı 10 dəfədən çox artıb
“20 Yanvar” qurbanlarının xatirəsi elektrik deposunda anılıb (FOTO)
20 Yanvar faciəsi xalqımızın milli şüuruna dönüş hadisəsi kimi daxil oldu - Şəhid bacısı
Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb
Dinc insanlar qətlə yetirildi - Fransa səfiri Qanlı Yanvardan yazıb
Aİ-nin Azərbaycandakı nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir - Dmitri Panin
Bolqarıstan mətbuatı 20 yanvar hadisələri barədə yazıb (FOTO)
Vaksinlərdən sonra normal həyata nə zaman qayıdacağıq? - “Sahil Kərimli ilə Aktual”da mütəxəssislər sualları cavablandırıb (VİDEO)
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib (FOTO)
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO)
Sabah da qar yağacaq, şaxta olacaq
Qərənfillər bu gün xarıbülbüllə birlikdə açır - Çavuşoğlu 20 Yanvar faciəsindən yazdı
Rusiyada koronavirusdan ölənlərin sayı 67 mini keçib
Azərbaycanda yaşayan yəhudilər 20 Yanvar qurbanlarını yad edib: Bu, ölkədəki bütün xalqların acısıdır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO/VİDEO)
Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi
DİN əməliyyat keçirib - Silahlı şəxslər saxlanılıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı (FOTO/VİDEO)
Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır (FOTO)
Baş konsulun 20 Yanvar faciəsi haqda məqaləsi ABŞ-da dərc edilib
Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb - Nazir (FOTO)
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri (FOTO)
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycan neftinin qiyməti 56 dolları keçib
Paşinyan müxalifətin Qarabağ müharibəsini araşdırmaq təklifini qəbul etmədi
Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini anıb
Türkiyə müharibədən sonra da Azərbaycana dəstək üçün səfərbər olub - Səfirdən Bahçelinin fikirlərinə aydınlıq
Ən çox qar bu ərazilərə yağıb - Faktiki hava
Türk Şurası 20 Yanvar qurbanlarının xatirəsini yad edib
Tramp son fərmanını imzaladı - Keçmiş məmurlar əfv olundu
Göyçayda keçmiş məhkumdan narkotik götürülüb (FOTO)
Azərbaycana yeni səfir təyin olunsa da, hələki vəzifəmi icra edirəm - Erkan Özoral
Şəhidlər Xiyabanı istiqamətində şəxsi avtomobillərdən istifadə etməyin -Sürücülərə müraciət
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir
Ermənilər Vaqifin muzey-məqbərə kompleksini məhv ediblər - Monitorinqin nəticələri açıqlandı
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Los Ancelesdəki Baş Konsulluq 20 Yanvar faciəsi barədə ingilis dilində film hazırlayıb
Zəfər savaşından sonra bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev (VİDEO)
Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq - Türkiyə səfirliyi
Yakutiyada 50 dərəcə şaxta qeydə alınıb
20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Almaniyada karantin 14 fevrala qədər uzadılır
Portuqaliyanın İqtisadiyyat naziri koronavirusa yoluxub
Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb
İsraildə karantin 31 yanvara qədər davam edəcək
Air France fevral və martda Rusiyadan Parisə bir sıra uçuşlar həyata keçirəcək
Liviyanın hərbi-dəniz məktəbində partlayış baş verib
Cəbhəboyu ərazilərdə iki gündə 129 ədəd mina aşkarlanıb - ANAMA (FOTO)
Bütün xəbərlər