Avqustun 4-də Xocavənd rayonunun Aşağı Veysəlli kəndi sahəsindəki təmas xəttində ATƏT-in monitorinqi keçirilib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib və qeyd olunub ki, tədbir insidentsiz ötüşüb.
Xatırladaq ki, monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Piter Ki, qarşı tərəfdə isə nümayəndənin digər səhra köməkçiləri Miroslav Vimetal və Aleksandr Samarski keçirib.