...

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Vaşinqtondakı görüşü martın 7-8-nə planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2006 16:49 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin n.vbəti görüşü martın-7-8-də Vaşinqtonda planlaşdırılıb. Bu barədə Trend ə Rusiya XİN-nin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.

ATƏT-in MQ-nun Fransadan, ABŞ-dan və Rusiyadan olan həmsədrləri fevralın 10-11-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriilən danışıqlarının yekunları üzrə rəsmi məlumatla çıxış ediblər. Orada martın əvvəllərində Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Dağlıq Qarabağ problemi üzrə gələcək müzakirələrinin müxtəlif aspektlərinin baxılacağı məsləhətləşmələrin keçiriləcəyi bildirilir.

Görüşdə Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ), Bernar Fasye (Fransa) iştirak edəcək.

Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrlərinin prosesin hansı mərhələdə olduğu barədə fikir mübadiləsi aparmaq istədiklərini və bundan sonra isə tərəflərə müraciət etmək istədiklərini bildirmişdi. "Daha doğrusu, onlar görüşün xarici işlər nazirləri səviyyəsində keçirilməsini təklif edə və ya regiona səfər edə bilərlər", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti