...

Eldar İbrahimov: ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2006 15:04 (UTC +04:00)

ATƏT Parlament Assamblyasının yay sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə oluna bilər. Trend xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

Qeyd edək ki, qurumun yay sessiyası iyulun 3-7-də Brüsseldə keçiriləcək.

Millət vəkili qeyd edib ki, məqsədləri ATƏT tərəfindən Ermənistanın işğalçı dövlət kimi tanınması məsələsini gündəliyə çıxarmaqdır: "Ancaq bizdə hələ yay sessiyasında müzakirə olunacaq məsələlər barədə məlumat yoxdur". E.İbrahimov onu da vurğulayıb ki, ATƏT PA-nın yay sessiyasında Dağlıq Qarabağ məsələsnin müzakirəyə çıxarmaqdan ötrü 2-3 dövlətin parlamenti nümayəndələrinin imzası lazımdır.

E.İbrahimov bildirib ki, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Orta Asiyanın dövlətləri Azərbaycanın bu təşəbbüsünü dəstəkləyəcək: "Ötən il qurumun Vaşinqtonda keçirilən sessiyasında Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarmaq istəyirdik. Lakin səs çoxluğu ilə biz istəyimizə nail ola bilmədik. Bu məsələnin müzakirəyə çıxarılmasınada ATƏT PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin də marağı yox idi. Ancaq bu dəfə istəyimizə nail olacağıq".

Xəbər lenti

Xəbər lenti