İyunun 3-4-də ATƏT-in Minsk Qrupu həmsədrləri Buxarestdə məsləhətləşmələr aparmaq niyyətindədir. Bu barədə Trend ə Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.
Rusiya, Fransa və ABŞ diplomatları Yuri Merzlyakov, Bernar Fasye və Stiven Mənn, o cümlədən onların aparat əməkdaşları məsləhətləşmələrdə iştirak etmək niyyətindədir. Görüş iyunun 4-5-də Buxarestdə Qara dəniz dialoq və tərəfdaşlıq Forumu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ərəfəsində keçiriləcək.
Hər iki prezident qarşıdakı Buxarest sammitində iştirak etməyə razılıq verib və hazırda Minsk Qrupu həmsədrləri sammitə hazırlıq görür.