...

Dağlıq Qarabağ Azərbaycanlıları Məclisinin qurultayı sentyabrda keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2006 12:52 (UTC +04:00)

Dağlıq Qarabağ Azərbaycanlıları Məclisinin (DQAM) qurultayı sentyabrda keçiriləcək. Bu barədə Trend ə DQAM üzvü, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin humanitar məsələlər üzrə müavini Mehriban Iəzir bildirib.

M.Vəzir qeyd edib ki, DQAM İctimai Parlamentinə seçkilər keçiriləcək: "Hazırda qurumun İctimai Parlamentinin yaradılması istiqamətində iş aparılır. Mərkəz İctimai Parlamentə çevriləcək". M.Vəzir onu da vurğulayıb ki, İctimai Parlamenti yaratmaqda məqsəd Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır: "Bu məsələ ilə bağlı Dağlıq Qarabağda məskunlaşan azərbaycanlıları təmsil edən nümayəndə yoxdur. Bu, yalnız icma rəhbəri səviyyəsindədir. Biz isə bunu daha geniş tərkibdə formalaşdırmaq istəyirik".

M.Vəzir onu da vurğulayıb ki, İctimai Parlamentə seçkilər Dağlıq Qarabağ rayonları üzrə keçiriləcək: "Parlamentin nə qədər üzvünün olacağını deyə bilmərəm. Ancaq üzvlərin Qarabağ bölgəsində tanınmış insanlar olacağı şübhəsizdir". O da əlavə olunub ki, İctimai Parlamentin rəhbər strukturları da formalaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti