...

Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2006 17:30 (UTC +04:00)

Bu gün Ermənistan-Azərbaycan sərhədinin İcəvan-Qazax ərazisində Azərbaycan və Ermənistanın müdafiə nazirləri Səfər Əbiyev və Serj Sarkisyanın görüşü baş tutub. Bu barədə Mediamaks agentliyinə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Seyran Şahsuvaryan məlumat verib.

O qeyd edib ki, görüş ATƏT-in Fəaliyyətdə olan sədrinin Şəxsi nümayəndəsi Anjey Kaspşikin təşəbbüsü ilə, tərəflər arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kontekstində keçirilib.

"Görüş zamanı atəşkəs rejiminə aid məsələlər müzakirə olunub", - deyə Ermənistanın müdafiə nazirinin mətbuat katibi bildirib.

Xəbər lenti

Xəbər lenti