Polşa Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ nəzərə alınmaqla həllinin tərəfdarıdır. Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın 9-da Polşa Senatının sədri Boqdan Boruseviç Bakıya səfərinin yekunları üzrə bəyan edib.
Onun sözlərinə görə, Polşanın mövqeyi bundan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq norma və prinsiplər çərçivəsində sülh yolu ilə həll olunmalıdır.
ATƏT-in Minsk Qrupunun təklifləri münaqişənin yeganə mümkün həlli olmalıdır. Senat sədri qeyd edib ki, Polşa Türkiyə və Ermənistan arasında vasitəçi olmaq təşəbbüsü ilə çıxış edib.
Onun sözlərinə görə, hər iki ölkə ilə yaxşı münasibətlərə malik olan Polşa Ermənistanın maraqlarını Türkiyədə, Türkiyənin maraqlarını isə Ermənistanda təmsil etməyə hazırdır. O hesab edir ki, beləliklə, Polşa bu ölkələr arasında mövcud etimadsızlıq atmosferini azalda bilər.