...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2006 17:03 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri Milli Ordumuzun mövqelərini bir neçə istiqamətdə atəşə tutub. Trend in bölgə müxbiri xəbər verir ki, səhər saat 08:35-dən başlayaraq Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindən Silahlı Qüvvələrimizin mövqeləri 15-20 dəqiqəyə yaxın intensiv olaraq avtomat silahlardan atəşə tutulub.

Düşmən qüvvələri ötən gün Cəbrayıl rayonunun işğal altında olan Mehdili kəndi və Lələtəpə adlanan ərazidən günorta və axşam müxtəlif saatlarda Milli Ordumuzun mövqelərini iricaplı silahlardan aramsız olaraq atəşə tutub. Hər iki istiqamətdə cəbhə bölgəsində yerləşən hərbçilərimiz cavab atəşi açaraq düşməni susdurub. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, düşmənin hərbi texnikası hərəkatı Lələtəpə adlanan ərazidə də müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti