...

Ermənilər tarixi abidələrimizi saxtalaşdırmaq istəyirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2007 15:43 (UTC +04:00)

Füzuli rayonun Alxanlı kəndində yerləşən 18-ci əsrə aid Hacı Mirzə Hüseyn türbəsini erməni hərbçiləri bərbad vəziyətə salıb. Trendin bölgə müxbirinə Alxanlı kənd icra nümayəndəsi Hicran Əliyevin verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələri Alxanlı kəndini 6 ay işğalda saxladığı müddətdə Hacı Mirzə Hüseyn türbəsinin qapılarını və burada olan tarixi yazıları söküb aparıb və müxtəlif silahlardan atəş açaraq türbənin hasarını parça-parça edib.

Tarixi yazıların aparılmasının səbəbini H.Əliyev ermənilərin tariximizi saxtalaşdırmaq məqsədi ilə izah etdi. H.Əliyev Mədəniyyət və Turizm Nazirliyinə Hacı Mirzə Hüseyn türbəsini nazirlik tərəfindən qeydə alınması və yenidən təmir olunması barədə yaxın günlərdə müraciət edəcəyini bildirdi. H.Əliyev onu da qeyd etdi ki, türbə hazırda kənd sakinləri tərəfindən qorunur.

Xəbər lenti

Xəbər lenti