...

Azərbaycan və Ermənistan parlamentariləri ATƏT üzvlərinin müşayəti ilə Dağlıq Qarabağ regionuna birgə səfər barədə razılaşıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2007 11:32 (UTC +04:00)

Avropa Şurası informasiyasına istinadən Trend xəbər verir ki, dünən AŞ-da görüşən Ermənistan və Azərbaycan parlamentariləri Dağlıq Qarabağ üzrə dialoqa başlamaq və yaxın vaxtlarda Assambleyanın üzvlərinin müşayəti ilə regiona birgə səfər etmək barədə razılığa gəliblər.

Səfər zamanı nümayəndə heyəti həmçinin yerini dəyişmiş şəxslərlə də görüşəcəklər. Onlar öz ölklərində ictimaiyyəti bu münaqişənin mümkün həlli yollarına hazırlamağın vacibliyi barədə də razılaşıblar.

Xatırladaq ki, AŞ PA-nın plenar sessiyası çərçivəsində keçirilən görüşdə Ermənistan və Azərbaycandan olan parlamentarilər Assambleya məruzəçilərinin dəstyi ilə Dağlıq Qarabağ münaqişəsi məsələləri ilə bağlı birbaşa dialoqa başlamaq barədə qərar qəbul ediblər.

Bu görüş hər iki ölkənin AŞ-ya daxil olmasının altıncı ilində baş tutub. İlk dəfə olaraq hər iki ölkənin nümayəndə heyəti təşkilatda məsələlərin müzakirəsi üçün üz-üzə gəliblər.

Nümayəndə heyətləri başçıları Tiqran Torosyan (Ermənistan) və Səməd Seyidov (Azərbaycan) bildiriblər ki, ATƏT-in Minsk qrupu bu münaqişə üzrə həllin tapılmasında lider rolu oynamağı üzərinə götürüb. Lakin AŞ vəziyyətin yaxşılaşdırlması və anlaşılmazlıqların aydınlaşmasında mühüm köməkçi rolu oynamalıdır.

Tərəflər gələckdə də görüşlər keçirmək barədə razılaşıblar.

Xəbər lenti

Xəbər lenti