...

Azərbaycan XİN rəhbəri Amerika şirkəti tərəfindən Şuşanın baş bərpa planının hazırlanmasını danışıqlar prosesində ciddi əngəl kimi gözdən keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı bir planın həyata keçirilməsi Azərbaycan tərəfində dəstəklənə bilməz və Ermənistanla sülh danışıqlarının aparılmasında ciddi əngəl hesab olunur. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerikanın "SEMA" şirkətinin erməni sılahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Şuşa şəhərinin baş bərpa planına rəsmi Bakının münasibətini şərh edərkən bildirib.

"Qarşı tərəfin bu cür hərəkətləri Azərbaycan tərəfindən dəstəklənə bilməz" - deyə nazir bildirib.

Məmmədyarovun sözlərinə görə, XİN-nin tapşırığına əsasən Azərbaycanın ABŞ-dakı səfirliyi şirkətin fəaliyyətini araşdırır.

Xəbər lenti

Xəbər lenti