...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü hazırlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Aprel 2007 17:01 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü hazırlayır

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü hazırlayır. Bu barədə çərşənbə günü Trend ə telefon vasitəsilə ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

O xatırladıb ki, son dəfə Azərbaycan və Ermənistan nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşünü 18-19 aprel tarixdə təşkil etmək mümkün olub. "Hazırda görüşün nə vaxt təşkil olunması imkanını araşdırırıq" - deyə Merzlyakov bildirib və əlavə edib: "Lakin onları bir yerə toplamaq çox çətindir". O, XİN rəhbərlərinin növbəti məsləhətləşmələrinin may və ya daha gec baş tutacağını istisna etməyib.

Rusiyalı diplomat məlumat verib ki, həmsədrlərin planında ATƏT-in fəaliyyətdə olan rəhbəri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinosla görüşmək məqsədilə mayın 10-da Madridə səfər etmək var. Sonra mayın sonunda vasitəçilər münaqişə regionuna səfər edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə yaranıb. 1992-ci ildən etibarən Azərbaycan ərazisinin 20%-i, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib, münaqişə bu günə qədər ATƏT-in Minsk qrupunun nəzarəti altındadır. Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti