...

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını Sankt-Peterburqda müzakirə edə bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2007 17:30 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını Sankt-Peterburqda müzakirə edə bilərlər

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların növbəti raundunu, ola bilsin ki, Sankt-Peterburqda keçirsinlər. Bu barədə telefonla ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

İyunun 10-da Müstəqil Dövlətlər Birliyinin qeyri-formal sammitinin keçirilməsi nəzərdə tutulub. Merzlyakovun sözlərinə görə, həmsdərlər çoxdan tərəflərə bu tarixi təklif edib, belə ki, bu, Ermənistanda maya təyin olunmuş parlament seçkilərindən sonra prezidentlərin görüşməsi üçün ilk imkandır. "Dövlət liderlərini bir yerə toplamaq olduqca nadir haldır. Bu ilk imkandır", - deyən diplomat əlavə edib ki, Azərbaycan tərəfindən iyunun 10-dakı görüşə hazırlıqla bağlı hələ cavab alınmayıb. Ermənistan prezidenti Robert Köçəryanın Sankt-Peterburqdakı mümkün görüşlə bağlı bu günkü bəyanatını Ermənistan tərəfinin razılığı kimi qiymətləndirmək olar, deyə ATƏT MQ-nin rusiyalı həmsədri əlavə edib.

Bununla belə o, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü üçün daha bir imkanın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyunun sonuna təyin olunmuş sammitinin ola biləcəyini qeyd edib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalı olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və indiyə qədər ATƏT MQ himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsdərliyi ilə sülh danışıqları aparılır. Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü noyabrın sonunda Minskdə baş tutub.

Xəbər lenti

Xəbər lenti