...

Deputat: "Biz Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edə bilərik "

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2007 13:21 (UTC +04:00)
Deputat: "Biz Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edə bilərik "

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Azərbaycan QHT-lərinin Ermənistanla əməkdaşlığının qarşısını almaq üçün xüsusi bir qanun qəbul etməsi vacibdir. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Milli QHT Forumun sədri, millət vəkili Azay Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycan QHT-lərinin Ermənistanın təşkilatalrı ilə əlaqələri gün-gündən genişlənir, mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur. "Bir aydan sonra Azərbaycan QHT-lərini təmsil edən bir qrup şəxs Ermənistana səfər edəcək. Orada xüsusi yay düşərgələri təşkil olunur və əməkdaşlıq əlaqələri genişlənir. Lakin bunun qarşısını almaq üçün Azərbaycan qanunvericiliyində heç bir mexanizm yoxdur" - deyə Quliyev əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan QHT-lərinin Ermənistanla əməkdaşlıq etməsini bu ölkənin rəhbərliyi təbliğat üçün istifadə edir, Dağlıq Qarabağ münaqişəsinin xalqlar deyil, hökumətlər arasında olan bir problem kimi qələmə verirlər. Onun fikrincə, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətandaşı olduqlarına görə, orada fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq etmək olar.

Xəbər lenti

Xəbər lenti