...

Prezident Aparatının şöbə müdiri: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində öz mövqelərini sərtləşdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz mövqeyinin sərtləşdirilməsinin vacibliyini bəyan edib.

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı növbəti görüşünü şərh edərkən Azərbaycan Prezidenti İcra Aparatınn beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bazar ertəsi bəyan edib ki, bu halda Azərbaycan regionda öz liderliyindən istifadə edə bilər.

Məmmədovun sözlərinə görə, mövqe həm Ermənistana qarşı, həm də Minsk Qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə münasibətdə sərtlşdiriləcək. Onlardan Ermənistan-Azərbaycan münaqişəsində mövqelərinin konkretlşdirilməsi tələb olunur.

Məmmədov qeyd edib ki, İlham Əliyev və Robert Köçəryanın görüşü iki saatdan çox davam edib. Görüş ağır olub, mübahisəsiz keçməyib. "Baxmayaraq ki, Azərbaycanın regiondakı reytinqi güclənir, bu, Ermənistanın danışıqlarda konstruktivlik nümayiş etdirməsi üçün kifayət etməyib",-deyə o söyləyib.

Şöbə müdiri qeyd edib ki, Ermənsitan Praqa prosesinin şərtləri ilə razılaşmayıb. Praqa prosesinin şərtlərində Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması, onların minalardan təmizlənməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, sülhməramlıların yerləşdirlməsi nəzərdə tutulur. Rəsmi Bakınən nümayəndəsi bildirb ki, bir neçə il ötdükdən sonra Dağlıq Qarabağın statusu ilə bağlı razılıq əldə oluna bilər.

Məmmədov söyləyib ki, Ermənistan prezidenti ilə qondarma Dağlıq Qarabağ rəhbərliyi arasında fikir ayrılığı mövcuddur. Ermənistanın Dağlıq Qarabağın danışıqlara qoşulması tələbi də məhz bununla bağlıdır. O əlavə edib ki, Azərbaycan bununla razılaşmayacaq.

Şöbə müdiri söyləyib ki, tərəflər danışıqları həmsədrlər və XİN rəhbərləri səviyyəsində davam etdirməyi qərara alıblar. O, münaqişənin sülh yolu ilə həlli üzrə hadisələrin sonrakı gedişini şərh etməyib. Məmmədov qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət rəy bildirməsə və təkliflə çıxış etməsə, münaqişənin hərbi yolla həlli məsələsi qoyula bilər.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti