...

Avropa Birliyi ermənilər və azərbaycanlılar arasında inamın bərpa olunması ilə bağlı tədbirləri artırmaq niyyətindədir (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2007 16:23 (UTC +04:00)
Avropa Birliyi ermənilər və azərbaycanlılar arasında inamın bərpa olunması ilə bağlı tədbirləri artırmaq niyyətindədir (video)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Avropa Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün münaqişə tərəfləri arasında inamın bərpa olunması üzrə tədbirləri artırmaq niyyətindədir.

"Avropa Birliyi münaqişənin həllinə inamın bərpa olunması yönümündən yardım etmək niyyətindədir. Biz bu istiqamətdə hansı imkanların mövcud olduğunu öyrənmək niyyətindəyik" - deyə cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib.

Semnebi bir müddət öncə Ermənistan və Azərbaycan ziyalılarının münaqişə bölgəsi, həmçinin Bakı və İrəvanada missiya həyat keçirməsi faktından məmnunluğunu bildirib.

"Bu, irəliyə doğru böyük addımdır və mən ümid edirəm ki, bu tipli digər tədbirlər də olacaq" - deyə o bildirib.

Diplomat bildirib ki, Prezident administrasiyası ilə, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşməyi planlaşdırır. Bununla yanaşı o bildirib ki, onun Dağlıq Qarabağa səfər tarixi dəqiqləşdirilməyib.

Avropa parlamentinin deputatı Cuzeppo Pyezin qondarma Dağlıq Qarabağ respublikasında keçirilən "prezident seçkiləri"ndə müşahidəçi kimi iştirak etməsi ilə bağlı Semnebi söyləyib ki: "Mən Avropa parlamentinin ayrı-ayrı deputatlarının əvəzinə cavab verə bilmərəm, bu onların şəxsi təşəbbüsləridir.

Semnebi Avropa Birliyinin Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələyə dair suala cavab verməkdə çətinlik çəkib.

Xəbər lenti

Xəbər lenti