...

Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2007 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Çərşənbə axşamı və çərşənbə günü müxtəlif saatlarda Ermənistan Silahlı Qüvvələri tərəfindən fasiləsiz olaraq atəşkəs pozulub və nəticədə Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. Hadisə Ağdamın Əhmədağalı istiqamətində atışma zamanı baş verib. Atəşkəsin pozulması nəticəsində 1988-ci il təvəllüdlü Aslan Əliyev şəhid olub. O, 2007-ci ildə Cəlilabad Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, atəşkəsin intensiv pozulması Ağdam rayonunun Əhmədağalı, Başqərvənd, Cəvahirli, Göytəpə və Tərtər rayonunun Çaylı kəndlərində daha geniş şəkil alıb. Avtomat və pulemyotlardan aramsız atəşlər açan düşmən Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşilə susdurulub.

Ağdam paytaxt Bakıdan 375, Tərtər isə 350 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti