Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri bazar ertəsi axşam saat 21:00 radələrindən başlayaraq Azərbaycanın Tərtər rayonunun işğal altında olan Talış və Çaylı kəndinin yuxarı hissəsində yenidən yanğınlar törətməyə başlayıblar. Bərdə rayonunda yerləşən 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin Tərtər rayonunda yanğınlarla bağlı monitorinq qrupunun rəhbəri Vaqif Əliyevin verdiyi məlumata görə, çərşənbə axşamı səhər saatlarına qədər davam edən yanğın quru otlaq sahələrini məhv edib. Yanğın 150 hektara yaxın ərazini əhatə edib. Hazırda monitorinq qrupu əraziyə dəymiş ziyanla bağlı araşdırma aparır.
Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.