...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2007 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, erməni silahlıları çərşənbə axşamı saat 22.00-dan 23.40-dək Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, həmçinin çərşənbə günü saat 01.05-dən 05.40-dək Ağdam rayonunun Başqərvənd, Acarlı kəndlərinin yaxınlığındakı mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Beş saata yaxın davam edən atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti