...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Tərtər və Füzuli istiqamətində atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Tərtər və Füzuli rayonları istiqamətində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Qızıloba kəndinin 3 km cənub-qərbində, sentyabrın 3-də saat 00.30-dan 01.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin 2 km şimal-şərqində, saat 04.55-dən 05.10-dək Ağdam rayonunun Mərzili kəndinin 4,4 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.

Bütün hallarda düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti