...

Azərbaycan Əfqanıstanda sülhməramlı kontingentini artırmaq niyyətindədir

Siyasət Materials 12 Sentyabr 2007 14:21 (UTC +04:00)
Azərbaycan Əfqanıstanda sülhməramlı kontingentini artırmaq niyyətindədir

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Əfqanıstana, tərkibinə Azərbaycan Silahlı Qüvvələrinin 22 əsgərinin daxil olduğu daha bir taqım göndərməklə, sülhməramlı kontingentini artırmaq niyyətindədir. Bu barədə çərşənbə günü Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Bu məsələ Əfqanıstanın xarici işlər nazirinin müavini Məhəmməd Kəbir Fərahinin Bakıya hazırkı işgüzar səfəri zamanı diqqət mərkəzində olacaq. İbrahimin sözlərinə görə, Əfqanıstanın xarici işlər nazirinin müavini sabah Azərbaycanlı həmkarı Xələf Xələfov tərəfindən qəbul olunacaq.

Əfqanıstanda kontingenti artırmaq təklifi ilə NATO çıxış edib. Belə bir təşəbbüs xarici ölkələrin Əfqanıstanda yerləşən sülhməramlı qüvvələrinin sayının artırılımasına olan ehtiyac ilə izah olunur.

Hərbçilərin göndəriləcəyi tarix hələ müəyyən olunmayıb. İbrahim, həmçinin qeyd edib ki, 2001-ci ildən bəri Azərbaycan ordusunun sülhməramlı qüvvələrinin yalnız bir taqımı Əfqanıstandadır.

Bununla yanaşı, Azərbaycanın, tərkibində 150 əsgər və bir zabitin odduğu sülhməramlı missiyası İraqda xidmət edir. Azərbaycanın sülhməramlı qüvvələri İraqın Alambar rayonunun "Xədifə" su anbarını mühafizə edirlər.

Xəbər lenti

Xəbər lenti