...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıblar

Siyasət Materials 24 Sentyabr 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan hərbçilər Almaniyanın Ramştayn şəhərində "Uçuş təhlükəsizliyi" mövzusunda seminarın işinə qatılıblar, bazar ertəsi Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir sentyabrın 27-də başa çatacaq.

Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşları, həmçinin sentyabrın 25-27 tarixlərində keçiriləcək Belçikanın Mons şəhərində "NATO-nun Birləşmiş Əməliyyatlar Komandanlığı və Tərəfdaşlığın Koordinasiyası" üzrə konfransda iştirak edəcəklər. Bundan əlavə, Macarıstanın Budapeşt şəhərində "Qərargah zabitləri üçün hərbi terminologiya" kursu işinə başlayıb və Azərbaycan hərbçiləri həmin tədbirə qatılıblar.

Xəbər lenti

Xəbər lenti