...

Böyük Britaniya Müsəlmanları Şurası "İslam sülh deməkdir" kampaniyasını dəstəkləyir

Siyasət Materials 4 Oktyabr 2007 13:55 (UTC +04:00)

Böyük Britaniya, London / Trend müxbir G. Əhmədova/ Böyük Britaniyada müsəlmanların imicinin yaxşılaşdırılmasına yönəlmiş PR-kampaniya başlanıb. "İslam sülh deməkdir" qrupu avtlobuslarda, qatarlarda və metro stansiyalarında müxtəlif peşələrə mənsub olan dindarları təsvir edən plakatlar yerləşdirəcək. Təsvirin yanında aşağıdakı sözlər yazılacaq: Britaniyalı müsəlman olmağımdan fəxr duyuram". Kampaniya əvvəlcə Londonda başlayıb, sonra isə bütün Böyük Britaniyanı əhatə edib. Böyük Britaniya Müsəlmanları Şurasından Trend ə verilən məlumata görə, qrup bütün ölkə üzrə sərgi turu təşkil etməyi planlaşdırır, sərgi zamanı tamaşaçılar müsəlmanların britaniyalıların həyatına verdiyi töhvələrlə tanış olacaqlar.

Müəyyən müddət bundan əvvəl qrup bir neçə milli qəzetdə belə bir bəyanatla çıxış edib ki, Böyük Britaniyanın müsəlman icması bütün terror aktlarını pisləyir. "İslam sülh deməkdir" qrupunun təşəbbüsü 2005-ci ildə baş verən terror aktından sonra Britaniya cəmiyyətində müsəlmanlara qarşı qorxu və inamsızlığın yaranması ilə ələqədar irəli sürülüb.

Kampaniya rəsmi olaraq oktyabırn 1-də başlayıb, kampaniyada bütün dini icmaların, vətəndaş hüquqları və siyasətlə bağlı qrupların nümayəndələri, həmçinin onların rəhbərləri iştirak ediblər.

Böyük Britaniya Müsəlmanları Şurasının baş katibi Məhəmməd Əbdül Bari bu təşəbbüsü dəstəkləyərək bildirib ki, Böyük Brtaniya müsəlmanlarının böyük əksəriyyəti bu təşəbbüslə çıxış etməklə cəmiyyətdə islama münasibətdə mövcud olan yalnış və mənfi fikirləri aradan qaldırmağa şərait yaradır. "Mən bunu çox cəsarətli bir addım hesab edirəm".

"İslam sülh deməkdir" kampaniyası Böyük Britaniyadan olan könüllülər arasında aparılır. Kampaniya Britaniyanın bir çox müsəlman icmaları tərəfindən dəstəklənir. Kampaniya müsəlmanların müqəddəs ayı olan Ramazan ayı boyu davam edəcək.

Xəbər lenti

Xəbər lenti