...

ATƏT Parlament Assambleyasının növbəti sessiyası Azərbaycanda keçiriləcək

Siyasət Materials 8 Oktyabr 2007 12:59 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının növbəti sessiyası Azərbaycanda keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker assambleyanın növbəti sessiyalarının və ya komitə iclaslarının birinin Azərbaycanda keçirilməsinə razılığını verib, bazar ertəsi Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib. Onun sözlərinə görə, ATƏT PA-nın növbəti sessiyalarının və ya komitə iclaslarının birinin 2009-cu ildə Azərbaycanda keçirilməsi planlaşdırılıb.

ATƏT PA-nın Sloveniyada keçirilən payız sessiyası zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova Lenmarkerlə görüşündə növbəti sessiyanın Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib. Sessiyada Quliyev Ermənistanın işğalçı siaysəti barədə geniş məruzə ilə çıxış edib.

Quliyev bildirib ki, o, sessiya zamanı Dağlıq Qarabağ problemi ilə bağlı Sloveniyanın dövlət televiziyasına da müsahibə verib.

Xəbər lenti

Xəbər lenti