...

Mədəniyyət və Turizm Nazirliyi parlament komissiyasının hazırladığı Qanun layihəsini dəstəkləməyib

Siyasət Materials 10 Oktyabr 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial siyasət daimi komissiyası tərəfindən hazırlanan "Təbii müalicə ehtiyatları və kurortlar haqqında" Qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyinin narazılığına səbəb olub. Parlamentin Sosial siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında Qanun layihəsi müzakirə edilib.

Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Qanun layihəsində bələdiyyələrin sanatoriya

və kurort fəaliyyətinin təşkili ilə məşğul olması nəzərdə tutulmayıb. Bu isə, düzgün deyil. Çünki dünya ölkələrində bələdiyyələrin büdcəsinin böyük bir hissəsi sanatoriya və kurort fəaliyyətinin təşkil olunmasından əldə olunur.

"Qanun layihəsində qeyd olunub ki, yerli əhəmiyyətli sanatoriya və kurort obyektlərinin fəaliyyəti icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Bu yanaşma düzgün deyil. Sanatoriya və kurort obyektlərinin fəaliyyəti icra hakimiyyəti orqanı tərəfindən deyil, qanunla müəyyən edilməlidir. Bundan başqa, sanatoriya və kurort obyektlərini yerli və beynəlxalq əhəmiyyətli obyektlərə bölmək düzgün deyil", -deyə Qəhrəmanov əlavə edib.

Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, belə bir Qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda sanatoriya və kurort biznesini genişləndirməkdir.

Deputat Yaqub Mahmudov isə qeyd edib ki, Qanun layihəsinə müalicə müəssələri ilə bağlı maddələr əlavə olunmalıdır.

Müzakirələrdən sonra Qanun layihəsinin birinci oxunuşda müzakirə olunmaq üçün parlamentin iclasına çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti