...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 18 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 18-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300617S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

2 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 466 800 manat təşkil edib. Sifarişlər 95.26% (gəlirlik 10.50%) və 95.39% (gəlirlik 10.20%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.26% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 95.27% (gəlirlik 10.47%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 466 800 manat məbləğində müəyyənləşdirilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 8 aprel 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti