...

ABŞ səfiri: Amerika-Rusiya danışıqlarının növbəti mərhələsində Qəbələ RLS-si üzrə əməkdaşlığın mümkünlüyünə baxılacaq (video)

Siyasət Materials 24 Oktyabr 2007 13:24 (UTC +04:00)
ABŞ səfiri: Amerika-Rusiya danışıqlarının növbəti mərhələsində Qəbələ RLS-si üzrə əməkdaşlığın mümkünlüyünə baxılacaq (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova / ABŞ və Rusiya arasında 2+2 formatında raket əleyhinə müdafiə obyektləri ilə bağlı danışıqların növbəti mərhələsi altı aydan sonra baş tutacaq. "Oktyabrın əvvəlində Moskvada baş tutan görüşdən sonra, bir neçə razılaşma əldə olunub. 2+2 formatı özünü təsdiq etdi və biz altı aydan sonra növbəti görüşü keçirməyə hazırlaşırıq" - deyə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi məlumat verib.

ABŞ və Rusiyanın xarici işlər nazirlərinin "2+2" formatı üzrə danışıqları oktyabrın 12-də Moskvada baş tutub. Görüş 2007-ci ilin iyununda Kennebankportedə Rusiya-Amerika sammiti zamanı əldə olunan razılaşmaya müvafiq olaraq keçirilib. Tərəflər RƏM sistemləri ilə bağlı strateji stabillik problemi, təhlükəsizlik sahəsində Rusiya-Amerika ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Enn Dersi bildirb ki, danışıqların qarşıdan gələn raundunda müzakirə olunacaq mövzulardan biri Azərbaycanın Qəbələ radiolakasiya stansiyasından (RLS) birgə istifadənin mümükünlüyü məsələsi olacaq. "Qəbələ RLS -si Azərbaycanın mülkiyyətidir və Rusiya Amerika ilə birgə hər hansı bir qərarı qəbul edərkən bunu nəzərə alacaq" - deyə səfir bildirib.

Rusiya onun Polşa və Çexiya ilə sərhədləri boyunca ABŞ-ın RƏM sistemləri yerləşdirmək planlarına şübhə ilə yanaşır və əvəzində Azərbaycanda Qəbələ RLS-dən birgə istifadəni təklif edir. 2007-ci il 7 iyunda keçirilən "Böyük səkkizlik" sammiti çərçivəsində Rusiya prezidenti amerikalı həmkarına Qəbələ RLS-dən birgə istifadəni təklif edib.

Rusiya ballistik raketlərin buraxılmasına nəzarət sisteminin tərkib hissələrindən biri olan Azərbaycandakı Qəbələ RLS-dən icarə əsasında istifadə edir.

RLS-dən icarə əsasında istifadə barədə müqavilə 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti