...

Rəsul Quliyev: "Xalq Cəbhəsi, Müsavat, Liberal və Demokrat partiyalarının özlərini aparıcı müxalifət hesab etməsi ölkədə heç kimə məlum deyil"

Siyasət Materials 2 Noyabr 2007 11:37 (UTC +04:00)
Rəsul Quliyev: "Xalq Cəbhəsi, Müsavat, Liberal və Demokrat partiyalarının özlərini aparıcı müxalifət hesab etməsi ölkədə heç kimə məlum deyil"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Xalq Cəbhəsi, Müsavat, Liberal və Demokrat partiyalarının özlərini aparıcı müxalifət hesab etməsi, həmin partiyaların liderlərindən başqa ölkədə heç kimə məlum deyil, cümə günü Trend ə Azərbaycanın sabiq spikeri, ölkənin müxalif Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib. Quliyev bildirib ki, ACP bilərəkdən və ya bilməyərəkdən Azərbaycanda demokratik proseslərin tamamilə məhv edilməsi istiqamətində addım atanların cəbhəsində olmayacaq.

"Həmin partiya liderləri hansı xidmətlərə və dəstəyə görə, özlərini aparıcı müxalifət hesab edə bilər? Neqativ halların bütün məsuliyyəti separatçıların üzərinə düşür" Quliyev deyib.

"Azadlıq" blokuna daxil olan partiyalar (Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi və Liberal partiyaları), Müsavat və ADP seçki qanunvericiliyinin dəyişdirilməsinə dair vahid mövqedən çıxış etmək barədə razılığa gəliblər. Tərəflər seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmasını, komissiyalarda yerlərin tam yarısının iqtidar nümayəndələri, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər.

Quliyev həmin partiya liderlərinin hamısının hökumətlə sövdələşməyə getdiyinə inanmadığını, lakin hadisələrin gələcək gedişinin bir çox məsələlərə aydınlıq gətirəcəyini deyib.

"Həmin partiyaların bəyanatı lap Molla Nəsrəddinin "əgər yeməyə bir şey verməsəydiniz, gedib başqa kəndin camaatını qorxudacaqdım" lətifəsinə oxşayır. Bu, gücün yoxdursa, hərbə-zorba gəl, bəlkə qorxdu ideyasıdır. Mənim üçün çox maraqlıdır, komissiyaların üzvlərinin 50 faizi bizdən olmalıdır bəyan edənlər neçə faizdə dayanacaqlar? Həmin o faizin tərsi sövdələşməyin faizini göstərəcək" ACP lideri əlavə edib.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti