...

Azərbaycan prezidenti Lixtenşteynin ətraf mühit, kənd və meşə təsərrüfatı nazirini qəbul edib

Siyasət Materials 2 Noyabr 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Lixtenşteynin ətraf mühit, kənd və meşə təsərrüfatı naziri Hüqo Kvadereri qəbul edib.

Kvaderer bildirib ki, səfər çərçivəsində Azərbaycanın rayonlarına baş çəkib. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Lixtenşteynin nümayəndə heyətinin Azərbaycana ilk dəfə səfər etdiyini bildirən prezident Əliyev bu səfərin iki ölkə arasında səmərəli əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti