...

XİN: "Azərbaycan Rusiyanın Avropada adi silahlara dair müqavilənin fəaliyyətini dayandırmasında özü üçün təhlükə görmür"

Siyasət Materials 8 Noyabr 2007 14:13 (UTC +04:00)
XİN: "Azərbaycan Rusiyanın Avropada adi silahlara dair müqavilənin fəaliyyətini dayandırmasında özü üçün təhlükə görmür"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan Rusiyanın Avropada adi silahlara dair müqavilənin fəaliyyətini dayandırmasında özü üçün təhlükə görmür. "Biz heç bir təhlükə görmürük, Azərbaycan Rusiya ilə sıx əlaqələrə malikdir" - deyə cümə axşamı XİN mətbuat katibi Xəzər İbrahim Azərbaycan xarici siyasət idarəsinin Rusiyanın qəbul etdiyi qərara münasibətini açıqlayarkən bildirib.

Rusiya Federasiyasının Dövlət Duması noyabrın 7-də Rusiyanın Avropada adi silahlanmaya dair müqavilədə iştirakına moratori qoyulması barədə qərar qəbul edib. Moratori dekabrın 12-dən 13-nə keçən gecə, Rusiyanın məlumatının sözügedən müqavilənin iştirakçı dövlətlərinə və depozitarilərinə çatdırılmasından 150 gün sonra qüvvəyə minəcək.

RF-nin prezidenti Vladimir Putin iyulun 13-də Avropada adi silahlara dair müqavilənin və bu müqavilə ilə bağlı olan digər beynəxalq müqavilələrin fəaliyyətinin dayandırılması barədə göstəriş verərək təcili tədbirlərin görülməsini tələb edib.

"Lakin biz vəziyyəti diqqətlə izləyirik, Azərbaycanın silahlanma üzərində nəzarət mexanizminə, xüsusilə də planlı razılaşmalara dair öz sualları var" - deyə XİN-in mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələyə laqeyd qala bilməz, çünki adi silahlara dair müqavilə həm Ermənistanın özündə, həm də Azərbaycanın işğal olunmuş ərazilərində vaxtaşırı Ermənistan tərəfindən kobud şəkilədə pozulur. "Bunu müxtəlif beynəlxalq təşkilatların təsdiq etdiyi faktlar da göstərir" - deyə İbrahim bildirib.

Avropada adi silahlara dair müqaviləyə Avropanın 28 dövləti daxildir: Azərbaycan, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İslandiya, İspanya, İtaliya, Qazaxıstan, Luksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya. ABŞ və Kanadanın rəhbərliyi də sənədə imza atıb.

Xəbər lenti

Xəbər lenti