...

Azərbaycan Prezidenti "Dövlət Bayrağı" meydanının yerləşəcəyi ərazi ilə tanış olub

Siyasət Materials 13 Noyabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Dövlət bayrağı" meydanının yerləşəcəyi ərazi ilə tanış olmaq üçün Bakının Bayıl qəsəbəsinə - Hərbi Dəniz Qüvvələrinin bazasına gəlib. Dövlət başçısına məlumat verilib ki, "Dövlət bayrağı" meydanının yeri relyef baxımından standartlara cavab verir. Bu ərazi Dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradacaq. Bundan başqa, layihənin icrası ilin bütün aylarında turistlərin və paytaxta gələn qonaqların buraya cəlb olunması baxımından da əhəmiyyət daşıyır. Prezident Əliyev "Dövlət bayrağı" meydanının yerləşəcəyi ərazi ilə yaxından tanış olub, ətrafı seyr edib. Dövlət başçısına məlumat verilib ki, tezliklə meydanın təməli qoyulacaq və inşaat işlərinə başlanacaq. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün infrastruktur yaradılacaq.

Xəbər lenti

Xəbər lenti