...

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpa olunmasının mümkünlüyü barədə bəyanat əsassız deyil- politoloq

Siyasət Materials 14 Noyabr 2007 17:26 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpa olunmasının mümkünlüyü barədə bəyanat əsassız deyil- politoloq

Beynəlxalq Böhran Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat dərc edib, hesabatda bildirilir ki, "Azərbaycan və Ermənistan silah yarışmasına son qoymalı, hərbi ritorikadan imtina etməli və Dağlıq Qarabağ regionunda münaqişənin həlli prosesini bərpa etməlidirlər. Bu bəyanatla bağlı politloq Rəşad Rzaquliyev Trend ə müsahibəsində fikir bildirib. Əslində, Beynəlxalq Böhran Qrupunun (BBQ) Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bərpa olunmasının mümkünlüyü barədə bəyənatı əsassız deyil. Azərbaycan prezidenti İlham Əliyev Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müharibə formatı, eləcə də, ermənilər tərəfindən ləngidilən sülh danışıqları prosesinə alternativ barədə bəyanatla çıxış edib. Prezidentin bu məsələdə mövqeyi, siyasi, dini və etnik mənşəyindən asılı olmayaraq, əhalinin bütün təbəqələrinin fikrinin ifadə edilməsindən ibarətdir. Ərazi bütövlüyünün və ölkənin suverenliyinin bərpa edilməsi hər bir Azərbaycan vətəndaşının qanuni tələbidir. BBQ tərəfindən münaqişənin həlli ilə bağlı təklif olunan formula sual doğurur. BBQ-nin Ermənistan və Azərbaycan hökumətinə təzyiqi artırmaq məqsədilə dünya ictimaiyyətinə ekstropolyasiyası və hərbi əməliyyatlar nəticəsində Azərbaycanın energetika-nəqliyyat magistrallarına ziyan dəyəcəyini bildirməsi barədə isə danışmağa dəyməz.

1. Təcavüzkarın və münaqişə qurbanının hüquqi baxımdan bərabər götürülməsi dövlətlərarası müniqişələrin beynəlxalq-hüquqi əsasda nizamlanması qaydalarına ziddir ki, bu da növbəti dəfə BBQ-nin peşəkar reputasiyasının səviyyəsini vurğulayır.

2. Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə, ölkənin energetika-nəqliyyat magistrallarına ziyan dəyə biləcəyi barədə xəbərdarlq qeyri-rəsmi şəkildə Ermənistanın az əhəmiyyətli personaları tərəfindən dəfələrlə səsləndirilib. Energetika-nəqliyyat magistralları münaqişə zonsasından keçmir, beynəlxalq xarakter daşıyan obyektlərə münasibətdə təxribatçılıq isə, erməni tərəfinin beynəlxalq terrorizmi dəstəkləyən ölkə elan etməyə şərait yaradır. BBQ-nin ayrı-ayrı terrorçuların şantajına uymaq çağırışları heyrət doğurur.

3. ABŞ və İran İslam Respublikası arasında real silahlı münaqişə təhlükəsi fonunda, BBQ-nin proqnozdaşdırdığı kimi, Azərbaycanın Dağlıq Qarabağ hissəsində hərbi münaqişənin qızışması Cənubi Qafqaz, Xəzər və Yaxın Şərq regionu üçün doğuracağı nəticələrə görə qiymətləndirilərsə, uşaq oyunu kimi görünə bilər.

Xəbər lenti

Xəbər lenti