...

Estoniya Parlamentinin GUAM-a dəstək deputatlar birliyi Latviya və Litva parlamentarilərini əməkdaşlığa çağırır

Siyasət Materials 15 Noyabr 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Estoniya Parlamentinin GUAM-a dəstək deputatlar birliyi Latviya və Litva parlamentarilərini əmakdaşlığa çağırır. Birlik tərəfdaşlığa dair təkliflə Latviya və Litva Parlamentindən olan həmkarlarına müraciət edib və bu ölkələrin parlamentarilərini "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM"a daha çox diqqət ayırmağa çağırıb. Bu barədə cümə axşamı Trend ə Estoniya Parlamentindən məlumat verilib.

Parlamentdən bildiriblər ki, Estoniya Parlamentinin birləşmiş deputatları öz həmkarlarına analoji birliyin yaradılmasını təklif ediblər. Estoniya Parlamentində qeyd ediblər ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM, bu ölkələrdə demokratikləşmə prosesinə dəstək verən BMT və Avropa İttifaqı tərəfindən tanınıb.

GUAM-a dəstək deputatlar birliyi bu yaxınlarda yaradılıb. Birliyə Konstitusiya Komissiyasının sədr müavini Evelin Sepp rəhbərlik edir. O, Estoniyanın Latviya və Litvadan olan həmkarları ilə GUAM dövlətləri qarşısında duran məsələlərin reallaşdırılmasına yardım göstərəcək birgə fəaliyyətində böyük potensial görür.

Bununla yanaşı, Sepp hesab edir ki, Aİ-nin Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova ilə əməkdaşlıq mövqeyini möhkəmləndirməsi vacibdir. Bunun üçün Aİ maliyyə və institusional yardımı nəzərdən keçirir.

Eyni zamanda, GUAM-a dəstək birliyi Baltika Assambleyasını GUAM-ın beynəlxalq arenaya çıxma cəhdlərinə siyasi dəstəkdə həmrəylik göstərməyə çağırır.

Xəbər lenti

Xəbər lenti