Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvilinin təkbətək görüşü sabah "Tbilisi Marriot" mehmanxanasında baş tutacaq. Gürcüstanın prezident administrasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycan prezidenti Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin təqdimat mərasimində iştirak etmək üçün Gürcüstana səfər edəcək. Bu layihədən əlavə, prezidentlər əməkdaşlığın digər aspektlərinə də toxunacaqlar.
Görüşdən sonra prezidentlər yuxarıda qeyd olunan dəmir yolunun Gürcüstan hissəsinin tikintisinə başlanması münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün Marabdaya yola düşəcəklər. Burada Azərbaycan və Gürcüstan prezidentlərindən başqa Türkiyə prezidenti Abdulla Gülün iştirakı da gözlənilir.
Daha sonra prezidentlər xatirə lövhəsinin təqdimatında iştirak edəcək və Marabda dəmir yolu stansiyasına qədər gəzintiyə çıxacaqlar.