...

Dünyada ilk intellektual döyüş romanının müəllifi azərbaycanlıdır

Siyasət Materials 21 Noyabr 2007 11:25 (UTC +04:00)
Dünyada ilk intellektual döyüş romanının müəllifi azərbaycanlıdır

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Moskvadan aldığımız məlumata əsasən, Rusiya Mədəniyyət Fondunun "Qrifon" nəşriyyatında Azərbaycanın tanınmış hüquqşünas alimlərindən biri, hüquq elmləri namizədi Vahid Məmmədlinin müəllifi olduğu dünyada ilk intellektual döyüş romanı olan "Tunc Allahın yükü" əsəri çapdan çıxıb.

Əsərin qəhrəmanı olan azərbaycanlı analitik-dedektiv xoşbəxt ömür sürmək üçün hər şeyə malik məşhur Meqastar Prinsessa ilə eşq məcərası yaşayır...

Lakin öz həyatını edam olunmaq təhlükəsinə ataraq, azad edilməsində xüsusi xidmət orqanlarının da çətinlik çəkdikləri, İraqda girov götürülmüş italiyalı telereportyoru xilas etdikdən sonra hamının Ancelo di Bronzo kimi tanıdığı qorxmaz analitik-dedektivə artıq çoxları açılması mümkünsüz görünən cinayətlər düyününü çözmək üçün müraciət edirlər.

Qəhrəman ən güclü silah kimi istifadə etdiyi təmənnasız xeyirxahlığı ilə düşmənləri də özü haqqında düşünməyə məhkum edib, onların fikirlərini alt-üst edərək bütün planlarını pozur.

Çoxları onun haqqında eşitdiklərinə inanmır. Lakin onu tanıdıqdan sonra barəsində deyilənlərin əfsanə deyil, həqiqət olduğuna inanmaq məcburiyyətində qalırlar...

Əsərin epiqrafı kimi Məmmədlinin özünə məxsus olan "Bu fani dünyada heç kim mələk deyildir. Hərənin də öz qoruyucu mələyi var. Başqalarının xoşbəxtliyi üçün özlərini fəda edənlər mələkdən də üstündürlər..." sözləri seçilib.

Əsər tezliklə Moskvanın və Rusiyanın digər şəhərlərinin kitab mağazalarında satışa çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti