...

Azərbaycan və Türkmənistan arasında Xəzərin statusuna dair danışıqların növbəti raundu Bakıda keçiriləcək

Siyasət Materials 26 Noyabr 2007 14:30 (UTC +04:00)
Azərbaycan və Türkmənistan arasında Xəzərin statusuna dair danışıqların növbəti raundu Bakıda keçiriləcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan və Türkmənistan arasında Xəzərin statusuna dair danışıqların növbəti raundu Bakıda keçiriləcək.

Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin bazar ertəsi jurnalistlərə verdiyi məlumata görə, növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq danışıqların düzgün istiqamətdə getdiyindən və bizim doğru yolda olduğumuzdan xəbər verir.

Azərbaycan və Türkmənistan arasında Xəzərin statusunun müəyən edilməsi üzrə ikitərəfli danışıqlar ötən həftə Aşqabadda iki ölkənin xarici işlər nazirləri səviyyəsində keçirilb.

Xəzərin hüquqi statusunun müəyyən olunmasına dair məsələ SSRİ-nin dağılmasından sonra yaranıb. 1991-ci ilə qədər bu məsələ sahilyanı dövlətlər - İran və Sovet İttifaqı arasında olan razılığa əsasən müəyyən olunub. Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü il mayın 14-də Xəzər dibinin həmsərhəd xətlərinin bölünməsinə dair müqavilə bağlanıb.

İran ilə Türkmənistan arasında hələ razılıq əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti