...

İnterpolun Azərbaycan Bürosunun təşəbbüsü ilə axtarışda olan 6 şəxsin yeri müəyyən edilib

Siyasət Materials 28 Noyabr 2007 23:32 (UTC +04:00)
İnterpolun Azərbaycan Bürosunun təşəbbüsü ilə axtarışda olan 6 şəxsin yeri müəyyən edilib

Azərbaycan, Bakı / Trend / müxbir E.Hüseynli / İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 6 və İnterpolun üzvü olan ölkələr tərəfindən axtarılan 16 nəfərin, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 93 təqsirləndirilən şəxsin yeri müəyyən edilib. Bunu, Azərbaycan DİN bu ilin 10 ayının yekununa dair keçirilən kolleqiya iclasında Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski, bildirib. Onun sözlərinə görə, Azərbaycanda cinayyət törədərək MDB və digər xarici ölkələrdə gizlənmiş 94 təqsirləndirilən şəxs tutulub. Ötən ilin 10 ayı ilə müqayisədə axtarışda qalanların sayı 1,2 faiz azalıb.

Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahin Mirzəyev bildirib ki, hesabat dövründə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "qara bazar"da ümumi dəyəri təxminən 2 milyon ABŞ dolları olan 295 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 86,3 kiloqram tiryək, 120,5 kiloqram marixuana, 62,6 kiloqram həşiş, 25,5 kiloqram heroin götürülmüş, qanunsuz kultivasiya olunan 360 ton narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.  Narkotiklərin satışı ilə bağlı 737 fakt aşkar edilid ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 83 fakt çoxdur. Hesabat dövründə 122,9 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilməsinin qarşısı alınıb, 41 əcnəbi vətəndaş tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Tədbirin çıxış edən General-polkovnik R.Usubov qeyd edib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin qorunması sahəsində respublika daxili işlər orqanlarının  əvvəlki dövrlərdə əldə etdiyi müsbət tendensiyalar cari ilin ötən dövründə də qorunub-saxlanıdr. Nazirin sözlərinə görə yüzlərlə ağır cinayətlərin açılması, axtarışda olanların tutulması, narkotiklərlə bağlı cinayətlərin aşkarlanması və qanunsuz dövriyyədən xeyli miqdarda narkotik vasitələrin, silah-sursatın çıxarılması və digər sahələrdə əldə olunmuş nəticələr deyilənlərə sübutdur .

Xəbər lenti

Xəbər lenti