...

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Pərviz Müşərrəfi təbrik edib

Siyasət Materials 29 Noyabr 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev, Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Pərviz Müşərrəfə təbrik məktubu göndərib.Ölkəmizin başçısı qeyd edib ki,biz dost və qardaş xalqlarımızın iradəsini ifadə edən dövlətlərarası münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Prezident Əliyev, həmçinin,əmin olduğunu bildirib ki, Azərbaycan və Pakistan arasında əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər bundan sonra da məqsədyönlü şəkildə davam etdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti