...

Müxalifət Bakı İcra Hakimiyyətinin təklif etdiyi yerdə mitinq keçirməyi mümkün hesab etmir

Siyasət Materials 6 Dekabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyətinin Söz Azadlığının Müdafiə Komitəsin təklif etdiyi yerdə - Bibiheybət meydanında mitinq keçirmək mümkün deyil, çünki ora tamamilə əlverişsiz vəziyyətdədir. Bu barədə cümə axşamı Trend ə Söz Azadlığının Müdafiə Komitəsinin sədri Eldar Namazov açıqlama verib.

Komitə insan hüquqları və söz azadlığının müdafiəsi ilə bağlı, dekabrın 8- də paytaxtın "Ukrayna" meydanında mitinq keçirməyi planlaşdırırdı. Lakin bu gün Bakı Şəhər İcra Hakimiyyəti "Ukrayna" meydanında mitinqə icazə verməyib. Əvəzində, Bakının Səbail rayonunda yerləşən "Neftçi" İdman- Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda mitinq keçirməyi təklif edib.

Təşkilatçılara göndəriləin cavab məktubunda "Ukrayna" meydanında mitinqə icazə verilməməsinin səbəbi göstərilməyib.

Namazov bildirib ki, mitinqin təşkilatçılarından 15 nəfər təklif olunan yernə baxış keçirib. Onun sözlərinə görə, stadiona gedən nəqliyyat vasitəsi yoxdur, meydanın içərisi bataqlıq, qarşısındakı yol çox dar və dağıdılmış vəziyyətdədir: "Meydanın qarşısında dar yolda heç üç maşın dayana bilməz, orada minlərlə insanın axın etməsi isə, qeyri-mümkündür"- deyən Namazov əlavə edib ki, meydanın mitinq üçün yayarsız vəziyyətdə olması ilə əlaqədar, aksiyanı təxirə salıblar.

Namazov bildirib ki, sabah yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək və mitinq keçirilməsi üçün ünvan kimi yenidən "Ukrayna" meydanı göstəriləcək.

Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti