...

Azərbaycanın müxalifət partiyasının sədri Vaşinqtonda görüşlər keçirir

Siyasət Materials 10 Dekabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifət partiyasının sədri Vaşinqtonda Cənubi Qafqazdakı münaqişələrin həlli məsələsini müzakirə edib. Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan parlamentinin beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr daimi komissiyasının üzvü Asim Mollazadə ABŞ-a səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Bu barədə bazar ertəsi Demokratik İslahatlar Partiyasından məlumat verilib. "Partiya sədri ABŞ-a səfəri çərçivəsində, Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avrasiya İdarəsinin rəhbəri Maria Cermano ilə görüşüb. Görüşdə Azərbaycan-Amerika münasibətləri, Cənubi Qafqazda münaqişələrin həlli, partiyanın fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb", -deyə məlumatda qeyd olunub.

Mollazadə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), ABŞ-ın Hadson Universiteti və Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun dəvəti ilə ABŞ-a səfərə gedib.

Mollazadə ABŞ Milli Təhlükəsizlik İdarəsinin Cənubi Qafqaz və Avrasiya məsələləri ilə məşğul olan bir sıra mütəxəssislərilə də görüşüb. Burada Azərbaycanın inkişaf istiqamətləri və Avroatlantik inteqrasiya problemləri əsas müzakirə mövzusu olub.

Demokratik İslahatlar Partiyası (DİP) 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. Partiyanın sədri millət vəkili Asim Mollazadədir.

Xəbər lenti

Xəbər lenti