...

Belarus deputatları Belarus və Azərbaycan vətəndaşlarının sosial müdafiəsinə dair müqaviləni təsdiq ediblər

Siyasət Materials 13 Dekabr 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Belarus Parlamentinin Nümayəndələr Palatası çərşənbə günü Belarus və Azərbaycanın iki ölkə ərazisində müvəqqəti işləyən vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsinə dair hökumətlərarası müqaviləni təsdiq edib. Bu barədə Belarus KİV-i məlumat verir.

Daxili işlər nazirinin müavini Viktor Filistoviçin verdiyi məlumata görə, müqavilə bu dövlətlərin ərazilərində işləyən hər iki ölkə vətəndaşlarının əmək miqrasiyası və sosial müdafiəsi sahəsində Belarus və Azərbaycan əməkdaşlığının müqavilə-hüquq bazasının inkişafı və təkmilləşdirilməsi üçün hazırlanıb.

"Bu müqavilə digər ölkə ərazisində müvəqqəti işləyən vətəndaşlara və onların ailə üzvlərinə aiddir" - deyə Filistoviç bildirib.

Onun sözlərinə görə, sənəddə əməkçi-miqrantın hüquqları, xüsusilə məvacibin verilmə qaydası, işə düzəlmə şərtləri, tibbi sığorta və sosial təminatı, həmçinin əməkçi-miqrantların məvacibləri ilə ölkə vətəndaşlarının əmək haqlarının bərabərliyinin təminatı məsələləri qeyd olunub.

Viktor Filistoviç həmçinin bildirib ki, müqavilə işverənin təşəbbüsü ilə əmək müqaviləsinin vaxtından əvvəl pozulma halları zamanı işverənin vəzifələrini və əməkçi-miqrantın hüquqlarını nizamlayır.

Xəbər lenti

Xəbər lenti