...

Rəsmi Bakı ÜSQH müqavilənin pozulması barədə bəyanat yayıb

Siyasət Materials 15 Dekabr 2007 01:25 (UTC +04:00)
Rəsmi Bakı ÜSQH müqavilənin pozulması barədə bəyanat yayıb

Azərbaycan, Bakı / müxbir Trend K.Ramazanova / Azərbaycan, Ümumi silahlı qüvvələr haqqında (ÜSQH) müqavilənin şərtlərinin pozulmasını hesab edir. "Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz silah saxlanılır və bu nöqteyi nəzərdən müqavilənin şərtləri pozulmuş hesab edilir", - cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

ÜSQH 19 dekabr 1990-cı ildə Parisdə 16 ölkə NATO üzvləri və altı Varşava müqaviləsi Təşkilatı (VMT) iştrakçıları tərəfindən imzalanıb. Sənəd, NATO və (VMT) adi silahların azaldılmasını nazərdə tutur.

Məmmədyarovun fikirincə, əgər Azərbaycanın ərazisində qanunsuz silah saxlanılır və beynalxalq təşkilatlar bunu yoxlaya bilmir, deməli müqavilədə problemlər var.

1999-cu ildə noyabr ayanda ATƏT-in sammitində USQH müqavilənin adaptə edilmiş variantı bağlanmışdır və o beş əsas kateqoriyalı silahları məhdudlaşdırırdı: tanklar, zirehli texnika, artileriya, zərbə vuran helikopterlər və təyyarələr. Nəzərdə tutlurdu ki, silahlar bloklarda ayrı ayrılıqda yox, dövlətlərdə nəzərdə tutulacaq. Lakin adapte olunmuş müqavilə isə yalnız dörd ölkə tərəfindən ratifikasiya olunmuşdur - Rusiya, Belorusiya, Qazaxstan və Ukrayna. Və onunlada qüvvəyə minmədi.

Xəbər lenti

Xəbər lenti