...

Bakı Ermənistanda Azərbaycan həftəsinin keçirilməsinə ölkə barəsində həqiqətləri çatdırmaq imkanı kimi baxır

Siyasət Materials 17 Dekabr 2007 15:48 (UTC +04:00)
Bakı Ermənistanda Azərbaycan həftəsinin keçirilməsinə ölkə barəsində həqiqətləri çatdırmaq imkanı kimi baxır

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan Xarici İşlər Nazirliyində Ermənistanda Azərbaycan həftəsinin keçirilməsinə Azərbaycan haqqında düzgün informasiyanın verilməsi imkanı kimi baxırlar. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Dekabrın 17-də Ermənistanda Böyük Britaniyanın bu ölkədəki səfirliyinin yardımı ilə təşkil olunacaq "Azərbaycan həftəsi" açıq elan olunacaq.

Ermənistanın rəsmi şəxsləri ölkə ictimaiyyətində yanlış fikir yaratmağa cəhd göstərərək Azərbaycan barədə o qədər də həqiqi məlumat vermirlər. İbrahim hesab edir ki, bu kimi tədbirlər ermənilərin Azərbaycana qarşı münasibətlərini dəyişdirə bilər.

Tədbirdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin nümayəndələri və respublikanın hüquq müdafiəçiləri daxildir. "Azərbaycan həftəsi" çərçivəsində məktəblilər "Azərbaycanı necə təsəvvür edirəm" və "Ermənistan və Azərbaycanın gələcəyini necə görürəm" mövzularında inşa yazacaqlar. Tədbirdə həmçinin Luiza Poqosyanın Ermənistan və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ əraziləri barəsində "Sərhədləri açın" filmi nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti