...

Badri Patarkatsişvili prezidentliyə namizədliyini geri götürməlidir - Gürcü politoloqu

Siyasət Materials 27 Dekabr 2007 17:06 (UTC +04:00)
Badri Patarkatsişvili prezidentliyə namizədliyini geri götürməlidir - Gürcü politoloqu

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan eksperti Giya Xuxaşvili hesab edir ki, Gürcüstan prezidentliyinə namizəd Badri Patarkatsişvili öz namizədliyini geri götürməlidir.

2008-ci il yanvarın 5-də Gürcüstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Növbədənkənar prezident seçkisinin keçirilməsi noyabr ayında Tbilisidə baş verən kütləvi ixtişaşlardan sonra təyin olunub. Cümə axşamı Xuxaşvili Trend ə müsahibəsində bildirib ki, Patarkatsişvili Birləşmiş Müxalifətə məğlub olur, belə ki, o, siyasətçi deyil və oyunun qaydalarını bilmir, buna görə də bir çox səhvlər buraxır.

Ekspert hesab edir ki, Patarkatsişvilinin prezidentliyə namizədliyini irəli sürməsi düzgün addım deyil, "o, prezidentliyə namizədliyini irəli sürməməli idi".

Ekspertin sözlərinə görə, bütün Gürcüstan təhlükə altındadır, son hadisələr ölkənin imicinə mənfi təsir göstərir, bu da, öz növbəsində, ölkəni zəiflədir.

"Kompramatların müharibəsində qaliblər olmayacaq, çünki hər iki tərəf uduzacaq" - deyə ekspert qeyd edib.

Bu günədək MSK-da prezident postuna yeddi namizəd qeydə alınıb. Bu siyahıya Birləşmiş Müxalifətdən olan Levan Qaçeçiladze, Leyboristlərin lideri Şalva Natelaşvili, biznesmen Badri Patarkatsişvili, "Ümid" partiyasının lideri İrina Sarişvili, "Yeni Qaydalar" partiyasının lideri David Qamkrelidze, eləcə də, Georgi Maisaişvili, Mixail Saakaşvili daxildir.

Xəbər lenti

Xəbər lenti